Samux rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 2-ci qrup Qarabağ əlili Asif Zərbəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
2 otaqlı evdə yaşayış üçün hər cür şərait yaradılıb.
“İllərdir ailəmlə birlikdə evsiz idik. Bu gün isə mənzillə təmin olunduq. Buna görə ölkə prezidentinə minnətdarlığımızı bildiririk. Bizim üçün bu gün ikiqat bayram oldu”, – deyə A.Zərbəliyev bildirib.
Samux rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün 2 yaşayış binası və 19 fərdi ev inşa olunub. 21 Qarabağ əlili avtomobillə təmin edilib. Hazırda rayonda daha 4 fərdi yaşayış evinin inşası davam edir.
Ümumilikdə Samux rayonunda 101 şəhid ailəsi və 70 Qarabağ əlili yaşayır.
F.Mehdiyev