Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun vitse-konsulu Rafiq Rüstəmov dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında birləşməsinin vacibliyini qeyd edir. Bu barədə Baş Konsulluğun mətbuat xidməti məlumat verir.
Kaliforniya ştatındakı Azərbaycan İcmasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil etdiyi təntənəli gecədə çxış edən R.Rüstəmov Azərbaycan rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkənin gündən-günə daha da gücləndiyini bildirib və bütün azərbaycanlıların respublikanın ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.
Tədbir San Xose şəhərində fəaliyyət göstərən Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə təşkil olunub.
R.Babayev