Ötən həftə Azərbaycanın yollarında qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 23 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, ölkədə qeydə alınmış 41 yol-nəqliyyat hadisəsində 48 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Salyan rayonunda baş verib. “VAZ-2103” və “Toyota” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Bundan başqa, Qusar rayonunda “Opel” və “VAZ-2112” markalı avtomobillərin toqquşması 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnib.
Y.Əliyev