Prezident İlham Əliyev Nərimanov rayonunda yenisalınan parkda yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlət başçısına məlumat verib. Parkın birinci hissəsi istismar müddəti başa çatmış yaşayış binalarının yerində salınıb, sakinlər isə müasir tipli yeni binalara köçürülüblər.
İkinci park Koroğlu Rəhimov küçələsində 3 hektardan artıq ərazidə salınıb.
Qeyd olunub ki, parkın altında 650 avtomobil tutumuna malik yeraltı dayanacaq inşa edilib.
F.İsazadə