Rusiyalı yazıçı və ictimai xadim Aleksandr Fomenkov bu yaxınlarda Bakıda təqdimatı keçirilmiş layihədən Rusiyanın da istifadə etməsinin vacibliyini qeyd edir. Bu layihə ermənilərin Azərbaycan və digər xalqlardan oğurladıqları mədəni irs nümunələrinin onlara aid olmasına dair iddiaların bir mənalı olaraq elmi metodla əsassız olduğunu sübut edir.
“Rusiya ictimaiyyətini və elmi dairələri erməni saxtakarlıqlarının ifşa edilməsində Azərbaycanın istifadə etdiyi təcrübəyə diqqət yetirməyə çağırıram”, - deyə A.Fomenkonun “Rusiya İctimaiyyətinə Müraciətində” bildirilir.
Onun sözlərinə görə, belə texnologiyaları Rusiyada da tətbiq etmək lazımdır, “yoxsa biz ruslar tezliklə Rusiyanın böyük knyazının Vladimir Monomaxyan, Moskvanın əsasını qoymuş Yuri Dolqorukinin isə Yuri Dolqorukyan adlandırılmasının şahidi olacağıq”.
“Bəli, məhz belə, əgər başqa xalqlar ermənilərin onlara məxsus məişət əşyalarını, xalq musiqisini, mahnıları, kulinariya və digər mədəni irs nümunələrini mənimsəmələrindən şikayət edirlərsə, onlar bizdən də adamları oğurlamağa başlayıblar. Özü də hansısa Vasya və Maşaları deyil, generalissimusları oğurlayırlar. Böyük rus sərkərdəsi Aleksandr Vasilyeviç Suvorov ermənilərin iddiasına görə, erməni əsillidir. Onlar bu bəyanatı ona əsasən verirlər ki, Aleksandr Vasilyeviçin anası uşaq vaxtı Manukova soyadını daşıyıb, bu soyad isə yalnız və yalnız ermənilərin Manuk adından yarana bilərdi. Bu nə sayıqlamadır!”,- deyə alim vurğulayıb.
O, müraciətində bildirib ki, ermənilərin saxtakarlıqlarına və onların rus mədəniyyəti tarixi və böyük ictimai xadimlərini mənimsəmələrinə dair çoxlu faktlar sadalaya bilər. “Buna görə də artıq çoxdan erməni saxtakarlıqlarını ifşa edən şəxs kimi tanınan politoloq Fuad Axundovun dəstəyi ilə həyata keçirilən Qafqaz Tarixi Mərkəzinin layihələrini dəstəkləməyi özümə borc bilirəm. Layihə ermənilərin tarixi təbliğat fəaliyyətinin aşkarlanmasında nüfuzlu mütəxəssislərdən biri hesab olunan tarixçi alim Rizvan Hüseynovun iştirakı ilə həyata keçirilir”,- deyə A. Fomenko bildirib.
F.Hüseynzadə