Şamaxı rayonu ərazisində Bakı-Şamaxı-Yevlax yolunun 105-ci kilometrliyində 6 nəfərin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Yol qəzası “Mercedes” markalı minik maşınının qarşı tərəfdən gələn “HOVA” markalı yük maşını ilə toqquşması nəyicəsində baş verib. Zərbənin təsirindən yük maşını minik avtomobilinin üstünə aşıb.Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn daha bir “Mercedes” markalı minik maşınına çırpılıblar.
İnsident nəticəsində toqquşan yük maşını və minik maşınlarından birinin sürücüləri, həmçinin 4 sərnişin aldıqları bədən xəsarətlərindənhadisə yerində həlak olublar. Digər “Mercedes”in sürücüsü ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Y.Əliyev