Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Taxıl Fondunda taxıl ehtiyatlarının həcmi 750 min tona qədər artırılıb.
Nazirlər Kabinetinin müvafiq qərarı rəsmi mətbuatda dərc edilib.
Bundan əvvəl Dövlət Taxıl Fondunda 500 min tondan az taxıl olmamalı idi.
Nazirlər Kabinetinin qərarına əsasən, fondda taxıl ehtiyatlarının artırılması ölkədə uzun müddət sürmüş quraqlıqla, eləcə də taxıl istehsalçıları olan qonşu ölkələrdə iqlim dəyişikliyi ilə əlaqədar əhalinin taxılla təmin edilməsi üzrə mənfi təsirlərin qarşısının alınmasına yönəlib.
A.Axundov