ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, 2015-сi il Dağlıq Qarabağ münaqişəsi üçün nizamlanma ili olmalıdır.
"2015-сi il Dağlıq Qarabağ münaqişəsi üçün sülh və davamlı nizamlanma ili olmalıdır", - deyə o, "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Vasitəçinin sözlərinə görə, münaqişə zonasında zorakılığın yenilənməsi çıxış yolu deyil.
F.İsazadə