Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi 2014-cü il ərzində dövlət qeydiyyatından keçməmiş 456 radioelektron cihaz aşkarlayıb. Bu barədə RYTN-in saytında məlumat verilır.
“Müəssisə, təşkilat və şirkətlərdə istifadə olunan radioelektron vasitələrin texniki baxışı zamanı 456 qeydiyyatdan keçməmiş cihaz aşkarlanıb. Onlardan 286-sı möhürlənib, 129-u qeydiyyatdan keçirilib, 41 cihazın qeydiyyatı üzrə iş gedir”, - deyə məlumatda qeyd edilir.
Qanunsuz radioelektron cihaz istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 37 protokol tərtib edilib və məhkəmə instansiyalarına göndərilib.
N.Abbasova