Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ümid edir ki, cari ildə Bakı və İrəvan Qarabağa dair böyük sülh sazişinin hazırlanması üzrə dialoqa başlayacaq.
“Prinsip etibarilə sülh yolu ilə nizamlanma prosesinin başa çatması həddindən artıq fantastik gözlənti olardı. Lakin hər halda ümid edirəm ki, bilavasitə miqyaslı sülh sazişi üzərində ciddi dialoqa başlanıla bilər”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Bununla yanaşı, o qeyd edib ki, “əgər bu baş verməzsə, o zaman münaqişə zonasında vəziyyətin son dərəcə gərginləşməsini istisna etmir”.
Politoloq vurğulayıb ki, sülh sazişi üzərində hazırlıq işi başlamayacağı halda münaqişənin nizamlanmasında hər hansı real irəliləyiş barədə danışmaq olmaz. Ermənilər qondarma soyqırımın 100 illiyi ərəfəsində onlara daha çox acıma vasitəsilə Türkiyəyə təzyiq göstərərək, Azərbaycanı qəti dəstəkləməkdən imtinaya vadar etməyə ümid edirlər.
“Onlar, həmçinin ehtimal edirlər ki, hansısa üsulla Azərbaycandan ermənilər üçün münasib güzəştlər qoparmağa müvəffəq olacaqlar. Bu alınmasa da, Azərbaycan çətin ki, “soyqırım”la bağlı hərbi əməliyyatları bərpa etsin. Xüsusən də ona görə ki, bu il Azərbaycanda birinci Avropa Oyunları və parlament seçkiləri keçiriləcək”, - deyə o vurğulayıb.
Beləliklə, R.Musabəyovun fikrincə, Ermənistan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının tələblərini 2015-ci ildə də yerinə yetirməmək üçün əlindən gələni edəcək.
F.İsazadə