Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Masazır qəsəbə sakini Mirzə Manafovdan 6 kq narkotik maddə müsadirə ediblər. Bu barədə bazar ertəsi DİN-in saytında məlumat verilir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Manafova məxsus “Mercedes” markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə, istirahət günlərində Astara rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Quliyevdən 503 qram heroin götürülüb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakinləri Şöhrət Ağayev və Abış Ələkbərov 1 kiloqram 110 qram marixuananı satarkən tutulublar.
R.Babayev