İmişli və Göyçay rayonlarında “Muğanbank”ın filialları fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında qeyd edilir.
Hazırda bankın xidmət şəbəkəsinə 44 filial və şöbə daxildir.
Yeni filiallarda fiziki və hüquqi şəxslərə bütün növ bank xidmətləri göstəriləcək.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fiziki şəxslərdir.
A.Əzizov