Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən ötən il 51 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 46 nəfər şəxsə müvafiq yardımlar göstərilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Onlardan 25 nəfərinin məşğulluğunun təmin edilməsinə, 13 nəfərinin peşə hazırlığı kursuna cəlb olunmasına köməklik göstərilib, 3 nəfər maddi, 12 nəfər tibbi, 31 nəfər hüquqi, 6 nəfər psixoloji yardımla, 5 nəfər sığınacaqla təmin edilib.
Eyni zamanda, 5 nəfərin ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, 3 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfərə əlil arabasının, 2 nəfərə torpaq sahəsinin verilməsi üçün aidiyyatı qurumlara müraciət edilib.
R.Babayev