ABŞ ötən ilin noyabr ayında tətbiq olunan məhdudlaşdırıcı tədbirlərlə əlaqədar Azərbaycan peyklərinin orbitə buraxılması layihəsinin reallaşdırılması üzrə tenderlərdə iştirak etməməklə milyonlarla dollar itirir. Bu barədə Konqresin fəaliyyətini işıqlandıran “The Hill” qəzeti yazır.
Nəşr xatırladır ki, “Dövlət Departamenti tərəfindən yaradılan maneələr və süründürməçilik səbəbindən ABŞ 2013-cü ildə Qərbin müttəfiqi olan Azərbaycanın Amerika istehsalı olan telekommunikasiya peykinin orbitə buraxılması layihəsində iştirak edə bilməyiblər. Nəticədə Azərbaycan bu layihənin reallaşdırılmasında tərəfdaş qismində “Airbus” Fransa-Almaniya şirkətini seçib. Şirkətə təxminən $300 mln. vəsait ayrılıb.
“Afərin Dövlət Departamenti!”, - deyə məqalənin müəllifi istehza edir və amerikalıları avropalıların əlindən təşəbbüsü alaraq 2015-ci ildə Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılmasına dair müqaviləni udmaq üçün tədbirlər görməyə çağırır.
F.Hüseynzadə