“Azərsu” SC çərşənbə günü Bakının 3 rayonunda su təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-dən məlumat verilib.
Olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədar gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
N.Abbasova