Bakı Metropoliteni yanvarın 8-dən “Nizami” stansiyasında fəaliyyət göstərən eskalatorlardan birinin əsaslı təmirinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə metropolitenin mətbuat xidmətindən məlumat verilib.
“Əsaslı təmir işləri 3 saylı eskalatorda həyata keçiriləcək. Bununla bağlı bütün hazırlıqlar görülüb. Eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-ə qədər eskalatorun istifadəyə verməsi planlaşdırılır”, - deyə mətbuat xidmətindən qeyd ediblər.
3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçiriləcək.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 23 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər, sutkada 500 min nəfər təşkil edir.
N.Abbasova