2014-cü ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) respublikanın 65 yaşayış məntəqəsində bankomatlar quraşdırıb, bu isə ötən il Azərbaycan bankları tərəfindən quraşdırılan bankomatların ümumi sayının 40%-ə qədərini təşkil edir. Bu barədə ABB-nin mətbuat xidmətinin rəhbəri Rauf Ağayevə istinadən məlumat verilir.
Məlumatda qeyd edilir ki, hazırda ABB-nin bankomatlar şəbəkəsi Azərbaycanda ən geniş şəbəkələrdən biridir və 755 ədəd bankomatdan ibarətdir.
Ötən il ərzində ABB-nin POS-terminallar şəbəkəsi 2,2 dəfə genişlənib. 2015-ci ilin əvvəlinə bank tərəfindən 11,007 min POS-terminala xidmət göstərilir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
A.Axundov