Naxçıvanda Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Zəlzələnin episentri Ordubadda 5 km dərinlikdə yerləşib və bu gecə yerli vaxtla saat 03:00-da qeydə alınıb.
Təkanlar hiss edilib.
A.Zeydullayeva