Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoruFuad VəliyevAmerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dan məluma verilib.
O, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.
F.Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ universitetlərində və elmi mərkəzlərində dəvətli professor kimi çalışıb.
2014-cü ilin yanvar ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifi, 20 patentin sahibidir.
A.Zeydullayeva