“Muğanbank” öz müştərilərinə kreditlərin online ödəniş xidmətini təklif edib. Bu barədə bankın məlumatında deyilir.
Plastik kart sahibləri kredit ödənişlərini istədikləri vaxt www.muganbank.az və www.hesab.az saytları vasitəsi ilə ödəyə bilərlər.
“Muğanbank” 1992-ci ilin noyabr ayında təsis edilib və Azərbaycanın 20 aparıcı bankı siyahısına daxildir. Bankın səhmdarları fiziki şəxslərdir.
A.Axundov