“Silk Way Cargo” şirkəti (“Silk Way Airlines” şirkətinin törəmə strukturu - İF-AZ) 3 ədəd “Boeing 747-8 Freighter” tipli yük laynerini almaq üçün $1,1 mlrd.-dan çox vəsait sərf edəcək. Bu barədə “Boeing” şirkətinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, “Silk Way Cargo” şirkəti 2014-cü il dekabrın 24-də “Boeing” şirkəti ilə 2015-2016-cı illərdə 3 ədəd “Boeing 747-8 Freighter» tipli təyyarənin alınmasına dair müqavilə bağlayıb.
“Hazırda hər iki şirkət şərtlərin razılaşdırılmasını başa çatdırır və 3 ədəd “Boeing 747-8” tipli təyyarənin alqı-satqısı haqqında müqavilə üzərində işləyir. Müqavilənin dəyəri cari kataloq qiymətləri ilə $1,1 mlrd.-dan çox olacaq”, - deyə məlumatda bildirilir.
Mənzil qərargahı Bakıda yerləşən “Silk Way Airlines” şirkəti 50-dən çox istiqamətdə müntəzəm və çarter reysləri həyata keçirir. Hazırda şirkətin təyyarə parkında 2 ədəd «Boeing 767-300», 3 ədəd «Boeing 747-400» və 2 ədəd «Boeing 747-8» tipli təyyarə var.
N.Abbasova