Yaponiya hökuməti Qazax rayonunun kəndlərindən birində tibb məntəqəsinin tikintisi layihəsini maliyyələşdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Belə ki, yanvarın 12-də tibb məntəqəsinin tikintisinə dair qrant sazişinin imzalanması mərasiminin keçirilməsi gözlənilir.
Bu layihənin həyata keçirilməsi haqqında sənəd Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və Qazax rayon İcra Hakimiyyətinin başçısı Fərman Nağdəliyev tərəfindən imzalanacaq.
Layihənin dəyəri $102,573 min təşkil edir.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilir.
Bundan başqa, yanvarın 12-də Ağstafa rayonunun kəndlərindən birində yeni su təchizatı sisteminin tikintisi layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçiriləcək. Layihənin dəyəri $103,092 min təşkil edib.
“Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində ümumi məbləği $16 mln. 540,056 mln. təşkil edən 195 layihə həyata keçirilib.
A.Zeydullayeva