Azərbaycan və Gürcüstan paytaxtları qardaşlaşmış şəhərlər elan ediləcəklər. Bu barədə “AzərTAc” dövlət informasiya agentliyi məlumat verir.
Tbilisi şəhərinin meri David Narmania bildirib ki, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması ilə bağlı anlaşma memorandumu hazırlanır. Sənəddə iki paytaxt şəhərin müxtəlif istiqamətlərdə əməkdaşlığının inkişaf perspektivləri nəzərdə tutulur.
O deyib: “Hazırda bu işlə fəal şəkildə məşğuluq. Gürcüstanın Azərbaycandakı səfirliyi də bu istiqamətdə danışıqlar aparır”.
“Ümid edirəm ki, bu ilin birinci yarısında biz bu memorandumu imzalayacağıq”, - deyə mer əlavə edib.
R.Babayev