SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ildə 238 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Beləliklə, həmin çoxmərtəbəli binalarda 17 348 mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2014-cü ilin dekabr ayında İB 42 çoxmərtəbəli binanı qazlaşdıraraq 3485 mənzilə qazın verilməsini təmin edib.
2013-cü ildə “Azəriqaz” İB 149 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.
N.Abbasova