2014-cü il dekabrın 31-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları $13 mlrd. 758,3 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin sonuna AMB-nin valyuta ehtiyatarı $14 mlrd. 152 mln.təşkil edib. Beləliklə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 2,78% azalıb.
2014-cü ilin dekabr ayında AMB-nin valyuta ehtiyatları $1 mlrd. 238 mln. və ya 8,26% azalıb.
2013-cü ildə AMB-nin valyuta ehtiyatları 21% artıb.
A.Əzizov