Ötən həftə Azərbaycan polisi axtarışda olan 68 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövrü ərzində (5-11 yanvar) baş vermiş bədbəxt hadisələr nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 3 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 4 nəfər qətldə, 7 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 36 nəfər oğurluqda, 10 nəfər qarətdə, 5 nəfər avtomobil qaçırmaqda, 1 nəfər insan alverində, 1 nəfər şantajda, 6 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı5 fakt qeydə alınıb.
D.Həmidov