Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 18 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 34 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Qaradağ rayonunda baş verib. "Mercedes" markalı iki avtomobil və "Daewoo" markalı sərnişin avtobusunun toqquşması nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Bundan başqa, Bakının Yasamal rayonunda "Opel" və “VAZ-2107” markalı avtomobillər toqquşub, 8 nəfər yaralanıb.
D.Həmidov