“Nikoil” İnvestisiya Kommersiya Bankı (İKB) 2014-cü ildə kredit portfelini 30% - 292 mln. manata qədər artırıb. Bu barədə bankın İdarə Heyətinin sədri Vasili Xamaza “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi konfransda bildirib.
2014-cü il üçün kredit portfeli planı 104% yerinə yetirilib”, - deyə V.Xamaza qeyd edib.
Onun sözlərinə görə, 2014-cü il bank üçün uğurlu il olub. “Ancaq ilin əvvəlində və sonunda müəyyən çətin məqamlar olub. Azərbaycan Mərkəzi Bankı avtomobil kreditləri üzrə tələbləri sərtləşdirib. Bundan əlavə, istehlak kreditləşməsi üzrə tələblər də sərtləşdirilib. Yaranmış vəziyyətdən asılı olaraq 2014-cü ildə istehsal, ticarət sektoru üzrə kredit portfelimiz daha yüksək templə artıb”, - deyə o qeyd edib.
V.Xamaza əlavə edib ki, AMB-nin ötən ilin əvvəlində avtomoibil və istehlak kreditləri ilə bağlı tələbləri sərtləşdirmək qərarı özünü doğrultdu. “Məsələn avtomobil kreditləşməsi üzrə bazarda həddən artıq artım müşahidə olunurdu”,- deyə o qeyd edib.
Ümumilikdə 2014-cü ildə bankın avtomobil kreditləşməsi üzrə portfeli 23,7 mln. manat azalıb. Fiziki şəxslərin ümumi kredit portfelində avtomobil kreditləşməsinin xüsusi çəkisi 2013-cü ilin sonuna 63%, 2014-cü ilin sonuna 38% azalıb.
Bununla yanaşı, o qeyd edib ki, sahibkarların mikrokreditləşməsi hesabına 2014-cü ildə kredit portfelinin artımına nail olmaq mümkün olub.
“Nikoil” İKB Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. “Nikoil” İKB-nin səhmdarları “Topaz Investment”, “Nikoil” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A.Əzizov