2015-ci ildə Azərbaycan və İran müxtəlif sahələri əhatə edəcək beş ikitərəfli saziş imzalayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
“İki dost və qardaş ölkə arasında münasibətlər 2015-ci ildə də öz inkişaf yolunu tapacaq və bir az daha yaxınlaşacaq. 2014-cü ildə iki ölkə arasında əlaqələrimizi nazirlər səviyyəsinə kimi inkişaf etdirdik və əlaqələri daha yaxın etdik. Ötən il təqribən 10-a yaxın sənəd imzalandı”, - deyə M.Pakayin qeyd edib.
“Bu il Bakı və Tehran arasında daha beş sənədin imzalanması gözlənilir”, - deyə diplomat əlavə edib.
Onun sözlərinə görə, imzalanacaq sənədlər tibb, baytarlıq, qadınlar və ailə, sərmayə qoyuluşu və gömrük sahələrini əhatə edir.
“Bu sənədlər imzalanmağa hazırdır”, - deyə M.Pakayin bildirib.
Bundan başqa, diplomatın sözlərinə görə, tərəflərin üzərində işlədiyi bir neçə sənəd də var.
“Məsələn, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə bağlı saziş layihəsi və iki ölkənin diplomatik akademiyaları arasında əməkaşlığa daim anlaşma memorandumu”, - deyə səfir məlumat verib.