“Aqrolizinq” ASC bütün əməliyyatlarını elektron-uçot sisteminə keçirib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd edilir.
“Aqrolizinq”, həmçinin xüsusi proqram təminatı hazırlayıb və elektron məlumat bazası yaradıb.
1 noyabr 2014-cü il tarixindən etibarən ASC kənd təsərrüfatı texnikalarının güzəştli şərtlərlə əldə olunması ilə əlaqədar elektron müraciətlərin qəbuluna başlayıb.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
A.Axundov