İran prezidenti Həsən Ruhani çərşənbə axşamı xəbərdarlıq edib ki, fikrincə, hazırda dünya neftin qiymətlərinin ucuzlaşmasının arxasında duran ölkələr öz hərəkətlərinə görə hələ peşman olacaqlar.
“Qiymətləri digər ölkələrə zərər vurmaq üçün ucuzlaşdırmağı planlaşdıranlar bu qərara görə peşman olacaqlar”, - deyə H.Ruhani dövlət telekanalında çıxışı zamanı bəyan edib.
“Əgər İran neftin qiymətlərinin ucuzlaşmasından əziyyət çəkirsə, bilin ki, Səudiyyə Ərəbistanı və Küveyt kimi neft hasilatı ilə məşğul olan digər ölkələr İrandan daha çox zərər görəcəklər”, - deyə o vurğulayıb.