Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Gabrielsen iki ölkənin əlaqələrinin inkişafı və hərbi sahədə münasibətlərin qurulmasında qarşılıqlı marağın olmasını qeyd edirlər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri R.Gabrielsenə regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etməsi, bunun nəticəsində Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsi barədə məlumat verib.
F.İsazadə