Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2014-cü ildə idarə, müəssisə və təşkilatlarda işəgötürənlər tərəfindən 20,417 min halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hüquq pozuntuları daha çox özəl sektora aid müəssisələrdə, topdansatış və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal və tikinti sektorlarında baş verib.
Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub.
Cərimələrin 44,6%-i və ya 1 mln. 915,347 min manatı dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur.
R.Babayev