SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın bir sıra yaşayış məntəqələrinin qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Qazpaylama stansiyalarında təmir işləri ilə əlaqədar Şəmkir rayonunun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər yaranıb.
Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür.
N.Abbasova