“Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun əməkdaşları məişət tullantıları arasından silah-sursat aşkar ediblər. Bu barədə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, silah-sursat yanvarın 13-də iş prosesi zamanı aşkarlanıb. Xüsusilə tullantılar arasında 5.45, 7.62, 12.7 çaplı patronlar, o cümlədən 1 ədəd 30 millimetrlik mərmi aşkar olunub.
Aşkar edilən silah-sursat hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
F.İsazadə