Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şabran və Siyəzən rayonları üzrə 14 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) müasir tələblərə uyğun iş şəraitinə malik yeni inzibati bina ilə təmin edilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Çərşənbə günü binanın istifadəyə verilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin yerli strukturlarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində son yarım ildə artıq 15 bölgə üzrə TSEK-lərin müasir iş şəraiti ilə təmin olunduqlarını bildirib.
O vurğulayıb ki, qeyd edilən TSEK-lər müasir tibbi avadanlıqlarla da təmin edilirlər. Bütün bunlar vətəndaşların normal iş şəraitində əlillik müayinələrinin aparılmasına, onlara keyfiyyətli xidmət göstərilməsinə imkan verir.
R.Babayev