Dünya Bankı 2015-ci ildə Azərbaycanda ÜDM-in artımını 4,4% səviyyəsində proqnozlaşdırır. Bu barədə DB-nin “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects) adlı məruzəsində qeyd edilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin iyun ayında DB 2015-ci ildə Azərbaycanda ÜDM-in artımını 4,1% səviyyəsində proqnozlaşdırırdı.
DB 2016-cı ildə Azərbaycanda ÜDM-in artımını 4,1% səviyyəsində proqnozlaşdırır (iyun ayının proqnozu - 3,6%).
2017-ci ildə ölkədə ÜDM-in artımı 3,8% səviyyəsində proqnozlaşdırılır.
DB-nin proqnozlarına əsasən, 2015-ci ilin yekunları üzrə Azərbaycanda tədiyyə balansının profisiti ÜDM-in 9,8%-ni (iyun ayının proqnozu - ÜDM-in 8,1%-i), 2016-cı ildə ÜDM-in 8,1%-ni (iyun ayının proqnozu - ÜDM-in 5,3%-i), 2017-ci ildə ÜDM-in 5,3%-ni təşkil edəcək.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in artım proqnozunu 4,4%, 2016-ci ildə 5,3%, 2017-ci ildə 4,1% səviyyəsində proqnozlaşdırır.
2014-cü ilin yekunları üzrə Azərbaycanda ÜDM 2,8% artıb.
A.Axundov