Azərbaycanda məktəblilərin fənn olimpiadalarının birinci mərhələsi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu mərhələnin nəticələri 15 gün ərzində elan olunacaq. Olimpiadalarda Bakı şəhəri üzrə 3473, bölgələrdən 20,6 min nəfər şagird iştirak edib.
Birinci mərhələdə IX-XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə öz biliklərini nümayiş etdiriblər.
Tapşırıqlar məktəb proqramına uyğun formada tərtib olunub.
Bu mərhələdə uğur qazanan şagirdlər Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.
A.Zeydullayeva