Xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı və strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
H.Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd edib.
Bundan başqa, həmsöhbətlər Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıblar.
E.Məmmədyarov Ermənistan tərəfindən məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə əl atıldığını qeyd edərək, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.
F.İsazadə