Maliyyə Nazirliyi “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı” hazırlayıb. Bu barədə nazirliyin məlumatında deyilir.
2018-ci ilə qədər sığorta bazarının inkişafı üzrə Tədbirlər Planı Maliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunub.
İclasda qeyd edilib ki, Azərbaycanda sığorta bazarında müəyyən problemlər hələ də mövcüddur. Sığorta olunanların və digər faydalanan şəxslərin mənafeləri lazımi səviyyədə qorunmur.
Məlumatda bildirilir ki, Tədbirlər Planına sığortalıların mənafelərinin müdafiəsi üçün daha ciddi və qəti hüquq normalarının müəyyən edilməsi, əhalinin sığorta sahəsində maarifləndirilməsi, sığorta sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yeni sığorta növlərinin tətbiqi daxildir.
A.Əzizov