Hesablama Palatası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi ilə bağlı yoxlama aparacaq. Bu barədə Palatanın məlumatında bildirilir.
Bundan başqa, Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit proqramını təsdiq edib.
A.Əzizov