2014-cü ildə Azərbaycanda 7 679 hüquqi şəxs qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Statistik məlumatlara əsasən, onların 57,4%-i Bakıda, 9,8%-i Aran, 7,9%-i Abşeron, 7%-i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Məlumatda qeyd olunur ki, 2014-cü ildə Vergilər Nazirliyi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 75,126 min fiziki şəxsi qeydiyyata alıb.
N.Abbasova