Yanvar ayında Azərbaycan 3 beynəlxalq turizm sərgisində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan turizm potensialını 22-25 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2015", 23-25 yanvar tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək "The New York Times Travel Show 2015" və 28 yanvar-1 fevral tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək "FİTUR 2015" beynəlxalq turizm sərgilərində təqdim edəcək.
Bu tədbirlərdə Azərbaycan 22 turizm şirkəti və 5 mehmanxana ilə təmsil olunacaq.
A.Zeydullayeva