Azərbaycan hökuməti 20 Yanvar hadisələrində həlak olanların ailələrinə və əlillərə böyük diqqət ayırır. Bu barədə Ailə, Qadın və
Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Hicran Hüseynova məlumat verib.
“Qanlı Yanvar nəinki faciə, həm də müstəqil Azərbaycanın tarixinin əsası kimi qiymətləndirilir”, - deyə o bildirib.
“Əgər insan ölkəsi üçün nə isə etmək istəyirsə, o, bunu edir. Bu gün sənədli filmlər çəkilir və çoxlu sayda materiallar dərc olunur. Ermənistan iddia edir ki, biz onları blokada şəraitində saxlayırıq, lakin faktiki olaraq blokadada olan bizik”, - deyə H.Hüseynova bəyan edib.
Milli Məclisin komitə sədri Nizami Cəfərov qeyd edib ki, bu, nəinki Azərbaycan, həm də dünya miqyaslı faciədir.
“Heydər Əliyev o zaman Azərbaycanda baş vermiş hadisələrə öz ədalətli siyasi qiymətini verib”, - deyə o bildirib.
N.Cəfərovun sözlərinə görə, həmin dövrdə Moskvada olan H.Əliyev böyük cəsarət nümayiş etdirib.
Tədbirdə bu siyasi cinayətdə günahkar olan şəxslərin ədalətli cəza alması və ədalətin bərpa edilməsi çağırışları səslənib. Tədbir iştirakçıları 1990-cı ildə baş vermiş qanlı hadisələr barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması zərurətini dəfələrlə qeyd ediblər.
Tədbir çərçivəsində “Ölümə qənşər” bədii filminin təqdimatı olub.
A.Zeydullayeva