Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) 2014-cü ildə 29,44 min nəfəri münasib işlərlə təmin edib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
DMX-yə iş üçün 47,755 min nəfər müraciət edib.
DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,28 min nəfər olub.
İl ərzində 3,786 min nəfər vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113,246 min nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümlü məsləhətlər verilib.
R.Babayev