Azərbaycan 2014-cü ildə 8 mlrd. 565 mln. 438,7 min kubmetr qaz ixrac edib ki, bu da 2013-cü ilin göstəricisindən 17,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat ilində sadələşdirilmiş gömrük bəyannamələri üzrə $304 mln. 684 min məbləğində rəsmiləşdirilmiş qaz ixracı 1 mlrd. 825 mln. 686,76 min kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
N.Abbasova