Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları Bakının Nərimanov rayonunda saxta pul satmaq istəyən şəxsi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub.
Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əskinas da aşkar edilərək götürülüb.
R.Babayev