2015-ci ildə Azərbaycan Türkiyə ilə bir sıra birgə hərbi təlimlər keçirməyi planlaşdırır. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
2015-ci il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi, "IŞIK-2015" və "ANADOLU KARTALI-2015" Hərbi Hava Qüvvələri təlimlərinin keçirilməsi, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək Milli Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin heyətinin iştirakı da planlaşdırılır.
Bundan başqa, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.
F.İsazadə