Azərbaycan 26 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair sənədlər imzalayacaq. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir.
Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.
F.İsazadə