Azərbaycan Turizm və Menecment Universitetin rektoru Cəfər Cəfərov və Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi turizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzdən məlumat verilib.
Görüş zamanı C.Cəfərov qonağa Turizm və Menecment Universitetinin yaranması və fəaliyyəti, həmçinin ali məktəbin Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı barədə məlumat verib.
Öz növbəsində A.S.Elaydi qeyd edib ki, Misir Mədəniyyət Mərkəzi Azərbaycanda artıq 15 ildir fəaliyyət göstərir.
Görüş zamanı birgə tədbir və görüşlərin keçirilməsi üzrə planlar və turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
A.Zeydullayeva